"Rəsinin ölümündə xarici müdaxilə yoxdur" - ABŞ

İran prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğramasında xarici müdaxilə əlaməti aşkar edilməyib.

Bizimxeber.az bildirir ki, bunu  "NBC News"a  ABŞ prezidenti Co Bayden administrasiyasının yüksək rütbəli rəsmisi deyib.

“Xarici müdaxilə qətiyyən yoxdur”, - telekanal rəsminin sözlərini yazır.

O, Rəisinin ölümünün İran və ABŞ münasibətlərində ciddi dəyişikliklərə səbəb olmayacağı fikrini də bildirib.