Respublikaçı Alternativ (REAL) Partiyasına yeni sədr seçilib.
Bununla bağlı partiyanın Siyasi Komitəsi 21 sentyabrda yekdil qərar verib. Qərarla Natiq Cəfərli yeni sədr seçilib.
O, partiya lideri olaraq fəaliyyətinə 1 oktyabr 2024-cü il tarixindən başlayacaq. Həmin vaxta qədər işləri əvvəlki sədrdən qəbul edəcək və Siyasi Komitəyə ilkin olaraq təqdim etdiyi yeni strategiyanı tamamlayacaq.