“Real Hospital” və cərrahı məhkəməyə verildi

Vətəndaşa vurduğu mənəvi və maddi ziyana görə “Real Hospital” və hospitalın plastik cərrahı Xudiyeva Səkinə məhkəməyə verilib.

Bizimxeber.az bildirir ki, hospital və cərrahla bağlı iddianı məhkəmədə zərərçəkən Abbasova Cəmilə Ələddin qızı qaldırıb. İşin mahiyyəti mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisədir. İddiaçı ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb edir. 

İşə 29 may tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Xumar Mərdanovanın sədrliyi ilə baxılacaq. Yazıda adı çəkilən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. /TİA/