Qol vurduqdan sonra səcdə etdi - Ronaldo müsəlman olur? - VİDEO

Səudiyyə Ərəbistanına transferi ilə bütün diqqətləri üzərinə çəkən portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldo Ərəb Liqasının 28-ci həftə matçında komandasını önə keçirən qola imza atıb, daha sonra səcdə edib.

Bizimxeber.az bildirir ki, Ronaldonun bu səcdəsi "Ronaldo müsəlman olurmu?" müzakirəsi başladıb. Ulduz futbolçudan açıqlama verilməyib. 

Qarşılaşmada “Əl-Nəsr” 3:2 hesabı ilə qalib gəlib.