Qırmızı dənizdə Yunan gəmisinə hücum edildi

Yunanıstana məxsus yük gəmisi Yəmənin Qırmızı dənizdəki Hudeyda limanı yaxınlığında kiçik bir gəminin hücumuna məruz qalıb.

Bizimxeber.az-ın məlumatına görə, bu barədə xəbəri “Reuters” yayıb.

Yunan gəmiçiliyi rəsmisi bildirib ki, Liberiya bayraqlı gəmi qəsdən edilmiş hücum nəticəsində zədələnib.

Eyni zamanda Yunanıstan Gəmiçilik Nazirliyinin adı açıqlanmayan nümayəndəsi agentliyə hadisənin həqiqətən də baş verdiyini təsdiqləyib və gəminin Hindistana getdiyini bildirib. "O, iki dəfə havadan və dənizdən vurulub. Ölənlər barədə məlumat yoxdur", - deyə rəsmi bildirib.