Qəzzada ölənlərin sayı 30 mini keçib

İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayının 30 mini keçib.

Bizimxeber.az bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus deyib.

"Qəzzada ölənlərin sayı 30 mini keçib, onların əksəriyyəti qadın və uşaqlardır", - hesabatda deyilir.

Bundan əlavə, daha 70 min nəfər yaralanıb.

Bu arada İsrailin baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında İsrail ordusunun  bütün müharibə məqsədlərinə çatana qədər Qəzza zolağına zərbələr endirməyə davam edəcəyini bildirib.