Qəzza məsələsində Baydenlə danışıqlar aparmayacam - Ərdoğan

Qəzza zolağında baş verənlərlə bağlı ABŞ prezidenti Co Baydenlə danışıqlar aparmayacam".

Bizimxeber.az bildirir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“ABŞ prezidenti Baydenlə danışıqlar gündəmimizdə deyil. Onun Qəzza hadisələrinə münasibəti hamınıza məlumdur. Əgər o, bizə zəng etsə, onunla hansı məsələləri müzakirə edəcəyimiz bəllidir".

Qeyd edək ki, oktyabrın 18-də Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra Amerika Birləşmiş Ştatlarının həmişə İsrailin tərəfində olacağını bildirib. Baydenin sözlərinə görə, Vaşinqton həmçinin mülki şəxslərə zərərin qarşısını almaq üçün Təl-Əviv və Yaxın Şərq regionundakı digər ABŞ tərəfdaşları ilə işləməyə davam edəcək.

Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə öz növbəsində daha əvvəl qeyd edib ki, ABŞ İsrailin Qəzza zolağında törətdiyi hərbi cinayətlərə görə məsuliyyət daşıyır.