Xilasedicilər İran prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması nəticəsində həlak olanların hamısının cəsədlərinin şəxsiyyətini müəyyənləşdirməyə nail olublar.
Bu barədə Tasnim agentliyi məlumat yayıb. Bildirilir ki, əlavə genetik test tələb olunmayacaq.
Prezident Rəisi və onun nümayəndə heyəti helikopter qəzasında həlak olub. Ölənlər arasında xarici işlər naziri Əmir Abdullahyan da var. Rəisi və onu müşayiət edənlərin vəfatı ilə əlaqədar İranda 5 günlük matəm elan edilib.