"Qərbin xüsusi təyinatlı qüvvələrinin Ukraynadadır, lakin bu barədə rəsmi məlumat verilmir".
Bizimxeber.az bildirir ki, bu barədə Britaniyanın “Financial Times” qəzetinə müsahibə verən yüksək rütbəli Avropa hərbi rəsmisi deyib.
Onun sözlərinə görə, Ukraynada müxtəlif ölkələrdən döyüşçülərin olduğu çoxdan məlumdur: "Hər kəs bilir ki, Qərbin xüsusi təyinatlı qüvvələri Ukraynadadır, sadəcə olaraq, onlar bunu rəsmən açıqlamayıblar".
Mənbə Fransa prezidenti Emmanuel Makronun Ukraynaya avropalı əsgərlərin göndərilməsinin mümkünlüyü ilə bağlı açıqlamasını şərh edib. Rəsminin sözlərinə görə, Makronun bəyanatı Rusiya ilə münasibətlərdə çəkindiricilik və qeyri-müəyyənlik yaratmaq məqsədi daşıyıb.