Qərbdə Zelenskinin dəyişdirilməsi söhbətləri aparılır - Narışkin

"Vladimir Zelenskinin dəyişdirilməsi ilə bağlı söhbətlər Qərbdə ciddi mərkəzlərdə ciddi adamlar tərəfindən aparılır". 

Bizimxeber.az bildirir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin deyib.

“Bu müzakirələri ciddi mərkəzlərdə ciddi adamlar aparır, bu isə o deməkdir ki, bunun arxasında nəsə var”, - TASS onun sözlərindən sitat gətirir.

Narışkin həmçinin bildirib ki, Qərb ölkələri Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı Zelenskinin əvəzləyicisi kimi nəzərdən keçirir.