"Qərb uduzduğunu, Rusiya hansı əraziləri saxlayacağını etiraf etməlidir" - Musk

"Krım və Donbass Rusiya olaraq qalacaq".

Bizimxeber.az bildirir ki, bunu Amerikalı iş adamı İlon Mask X sosial şəbəkəsindəki səhifəsində yazıb.

O deyib ki, Ukraynaya maliyyə yardımı cəbhədəki durğunluğu dəyişməyəcək, sadəcə olaraq münaqişəni uzatacaq və daha çox ukraynalının ölümünə səbəb olacaq.

Mask yazıb ki, Qərb liderləri uduzduqlarını, Rusiya isə Krımı və yeni əraziləri özündə saxlayacağını etiraf etmələrinin vaxtı çatıb.

"Həqiqətən, yeganə sual budur ki, razılaşmalara qədər  neçə uşaq öləcək?”, - amerikalı sahibkar yazıb.