"Qərb Rusiyanı əzə bilməyəcək" - Putin

Rusiya prezidenti Vladimir Putin Qərbi Rusiyanı əzmək cəhdində ittiham edib. O, bu cəhdlərin boşuna olduğunu və ölkənin silah istehsalçılarını son aylarda istehsalı əhəmiyyətli dərəcədə artırdıqlarına görə alqışlayıb.

Bizimxeber.az bildirir ki, Kremldə keçirilən dövlət mükafatlarının təqdimat mərasimindən sonra Putin deyib ki, Qərb Rusiyanı bir kənara çəkməyə, zəiflətməyə çalışır. Və bir gün onu əzmək üçün şans gözləyir. Amma uğur qazana bilməyəcəklər, bu heç vaxt olmayacaq".

Rusiya prezidenti həmçinin iddia edib ki, Ukraynanın Rusiyadan fərqli olaraq gələcəyi yoxdur, çünki Kiyev maliyyə və hərbi təchizat baxımından tamamilə xarici dəstəkçilərindən asılıdır.