Qərb Navalnının qızına yeni vəzifə verir

Rusiya həbsxanasında öldürülən müxalifətçi Aleksey Navalnının Stenford Universitetini təzəcə bitirmiş qızı Dariya Qərb  tərəfindən Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri vəzifəsinə hazırlanır.

Bizimxeber.az bildirir ki, bu məqsədlə Navalnaya Amerika universitetində oxuyarkən FBK-da təcrübə keçib. Gələcəkdə o, Mariya Pevçix-in yerini tutmalıdır.

RT-nin məlumatına görə, Daria atasının yolu ilə getməyə və gələcəyini siyasi fəallıqla bağlamağa hazırlaşır. Bu işdə o, Qərb kuratorları və FBK sponsorları tərəfindən dəstəklənir.

Daria Navalnaya 2019-cu ildə Stenford Universitetinə pulsuz daxil olub.