Serbiya Rusiyadan bu yolla uzaqlaşır - Silahla məntiqli gediş...

Serbiyanın Qərbə silah satması və bu silahların Ukraynaya verilməsi faktı rusları bərk əsəbləşdirib. Putinin qərəz püskürən kanallarındakı adamları Serb xalqını və prezident Vucici təhqir edir. İki gündür söyüş püskürürlər... 

Bizimxeber.az-ın baş redaktoru Ədil Hüseynov Putinin  söyüş maşının Serbiya üçün niyə işə düzdüyünə aydınlıq gətitib. Baş redaktor özünün "Facebook" sosial şəbəkəsinə maraqlı və kiçik aydınlatma verib.

Ən maraqlısı ötən gün Vucicin silah satışı ilə bağlı olan təmkinli və məntiqli aşçıqlaması idi. 

Vucic deyir: "Biz silahlarımızı müqavilə əsasımda Qərbə və diğər ölkələrə satırıq və pulumuzu qazanırıq. Ukrayna və Rusiyaya silah satmırıq. 
Bizə maraqlı deyil, Qərb və ya hansısa dövlət bu silahları kimə verir və hansı formada istifadə edir. Əsas mənim dövlətim və xalqım qazanır. Sursatların hara getdiyini bilsəm belə, bu mənim işim deyil. Mənim işim sursatlarımızı qanuni şəkildə idarə etməyimizi, onları satmağımızı təmin etməkdir. Mən xalqımın qayğısına qalmalıyam".

Əslində mətiqli və doğru yanaşmadır. Mənim istehsal etdiyim silahı və ya hansısa məhsulu alan dövlət onu necə istifadə edəcək şəxsi işidir. Mən nəyisə satanda deyə bilmərəm bunu kiməsə vermə və ya satma...

Ən əsası Vucic və Serbiya "yaxın gələcəkdə Rusiyanı nələr gözləyir" sualına gec də olsa cavab tapa bilib. Ziyanın yarısından da qayıtmaq xeyirdir...  Beləliklə, Serbiya da öz yolunu seçmiş olur... 

Rusiya isə Konqo, Şimali Koreya, Vyetnam, Yeni Koledoniya və sair ölkələrlə əməkdaşlığı davam etdirmək məcburiyyətindədir. Yəqin ki, yaxın günlərdə daha bir neçə ölkə öz yerini müəyyən edəcək və Rusiya üçün çəmbər bir qədər də daralacaq.

Bizimxeber.az-ın baş redaktoru
Ədil Hüseynov