Qazpromdan Avropaya qaz sürprizi - 4000 dollardan yuxarı

“Qazprom” yeddi ay yarımlıq hesabatını təqdim edib.

Bizimxeber.az bildirir ki, hesabatda MDB-dən kənar ölkələrə ixrac 78,5 milyard kubmetr təşkil edib. Eyni zamanda, Çinə ixrac artmaqda davam edir. 

Məlumatda qeyd olunur ki, qışda Avropada 1000 kubmetr üçün qiymətlər 4000 dollardan baha olacaq. 

“Qazprom”un hasilatı yanvarın 1-dən avqustun 15-dək ilkin məlumatlara görə, 274,8 milyard kubmetr təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,2% (41,7 milyard kubmetr) azdır. Şirkətin daxili bazarda qaza tələbatı 2,3% və ya 3,6 milyard kubmetr azalıb. 

İyulun sonunda Avropada qazın qiyməti qalxmağa başlayıb və 1000 kubmetr üçün 2000 dolları keçib. Səbəb, “Qazprom”un “Şimal axını” ilə təchizatını azaltması olub.

Avqustun 15-də Avropada qazın qiyməti 1 min kubmetr üçün 2,5 min dollar artaraq mart ayının əvvəlindəki dəyərləri aşaraq rekorda çatdı.