Qazaxıstanda terror xəbərdarlığı “sarı” səviyyəyə qaldırılır

Qazaxıstanda terror təhlükəsinin “sarı” həddə çatdırılacağı açıqlanıb.

Bu haqda Qazaxıstan Terrorla Mübarizə Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, buna səbəb iyulun 2-dən iyulun 5-dək Qazaxıstanda bir sıra mühüm beynəlxalq tədbirlər, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının zirvə toplantısının keçirilməsi və Çin liderinin dövlət səfəridir.

Qeyd olunur ki, “sarı”səviyyəyə xüsusilə, paytaxt Astanada, Almatı, Karaqandı və Kökşetau şəhərlərində qaldırılacaq.