"Qarabağda hər hansısa missiya yalnız Azərbaycan tərəfinin razılığı ilə mövcud ola bilər" - Peskov

"ABŞ-ın Qarabağdakı sülhməramlı missiya təşəbbüsündə hələlik heç bir konkretlik yoxdur". 

Bizimxeber.az bildirir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: "Biz hələlik burada heç bir konkretlik görmürük. Hər hansı missiya yalnız Azərbaycan tərəfinin razılığı ilə mövcud ola bilər. Biz ilk növbədə bunu bilməliyik. Biz də öz növbəmizdə hər iki tərəflə əlaqələrimizi davam etdiririk. İrəvan və Bakı, eləcə də Qarabağın etnik erməniləri ilə danışıqlar aparılır”, - Peskov bildirib.