Panama cinayət məhkəməsində dünya miqyasında "Panama sənədləri" ilə çirkli pulların yuyulması ilə bağlı ittiham olunan 27 nəfərin məhkəməsi başlayıb.
Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, mühakimə olunanlar arasında 2016-cı ildə kütləvi sənədlər sızmasının əsasını təşkil edən Mossack-Fonseca hüquq firmasının sahibləri də var. “Panama sənədləri” nə dünyanın ən zəngin insanlarının pullarını necə gizlətdiklərini göstərən 11 milyon gizli maliyyə sənədi daxildir.
Sızdırılan məlumatların əks-sədası geniş miqyaslı olub və nəticədə İslandiyanın baş nazirinin istefasına yol açıb. Həmşinin bu zamanı Argentina, Ukrayna liderlərinin, Çin siyasətçilərinin və Rusiya prezidenti Vladimir Putinin və başqalarının fəaliyyəti araşdırılıb.
Tez-tez təxirə salınan məhkəmə artıq aprelin 9-da start götürüb.
Məhkəmədə şəxsən istirak edən Mossack-Fonseca hüquq firmasının sahiblərindən biri Mossak özünü günahkar hesab etməyib. Fonsekanın vəkilləri isə onun Panamada xəstəxanada olduğunu bildiriblər.
Həm Mossack, həm də Fonseca Panama vətəndaşlığına malikdir və Panama öz vətəndaşlarını ekstradisiya etmir.
Hər iki şəxs 2022-ci ildə digər ittihamlarla bəraət alıb.
Qeyd edək ki, çirkli pulların yuyulması ilə bağlı qeydlər ilk olaraq Alman gündəlik Suddeutsche Zeitung məşrinə sızıb. 2016-cı Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu təşkilatçılığı ilə hesabatlar dərc olunub və paylaşılıb.
ABŞ federal prokurorları hesab edirlər ki, Mossack Fonseca firması müştərilərinin sərvətlərini gizli saxlayıb, vergidən yayınmasına şərait yaradıb