Pxenyana giriş 5 günlük yasaqlandı

Şimali Koreya paytaxtı Pxenyana giriş beş günlük məhdudlaşdırıldı. 

Bizimxeber.az bildirir ki, bu ölkənin 2022-ci ilin avqustunda Covid-19-a qarşı qələbə elan etməsindən bəri ilk ümumşəhər tədbiridir.

Pxenyan sakinlərinə çərşənbə günündən bazar gününə qədər evlərində qalmaq, hər gün bir neçə dəfə temperatur yoxlamasından keçmək əmri verilib.