Putinlə Si Cinpinqin təkbətək söhbəti dörd saat çəkib

Rusiya prezidenti Vladimir Putin Çinə dövlət səfəri çərçivəsində Harbinə gedib. 

O, VIII Rusiya-Çin EXPO sərgisinin və Regionlararası Əməkdaşlıq üzrə IV Rusiya-Çin Forumunun açılışında iştirak edəcək. Çin prezidenti Si Tszinpin müavini Han Zhenqa Rusiya liderini Harbində müşayiət etməyi tapşırıb.

Putinin səfər proqramına həmçinin EXPO ekspozisiyası və Müqəddəs Məryəmin Şəfaət Kilsəsi ziyarəti də daxildir. Prezident Çinin azadlığı uğrunda döyüşlərdə həlak olmuş sovet əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyacaq.

Regnum-un məlumatına görə , Putinin Çinə rəsmi səfəri mayın 16-da başlayıb.

Putin və Si Cinpin ümumilikdə 12 saatdan çox bir yerdə olublar. Səhər onlar geniş tərkibdə iclas keçirdilər. Bundan sonra dövlət başçıları hərtərəfli tərəfdaşlıq münasibətlərinin və strateji qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə dair Birgə Bəyanat imzaladılar .

Rusiya və Çin liderləri qapalı formatda qeyri-rəsmi danışıqlar da aparıblar. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov beynəlxalq məsələləri müzakirə etdiklərini bildirib. Putinlə Si Cinpinq arasında qeyri-rəsmi söhbət təxminən dörd saat davam edib. Onlar həmçinin parkı gəzib, nahar edib və ənənəvi Çin çayı içiblər.