Putinin Si Szinpinlə danışıqlarına hazırlıq gedir, Makronla isə... – Peskov

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ilin sonuna qədər Vladimir Putinin Çin sədri Si Szinpinlə danışıqları planlaşdırılıb. 

Bu barədə "İnterfaks”a istinadla xəbər verir. Peskovun sözlərinə görə, ünsiyyət formatı haqqında danışmaq hələ tezdir. "Biz çinli dostlarımızla birlikdə bu barədə vaxtında məlumat verəcəyik”, - o deyib.

Peskov Putinin Fransa prezidenti Emmanuel Makronla təmasda olmaq planının olmadığını da bildirib.