Putinin səfərindən sonra ABŞ Vyetnama diplomat göndərdi

ABŞ Rusiya lideri Vladimir Putinin bu ölkəyə səfərindən sonra ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrinki Vyetnama göndərir.

Bizimxeber.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Krietenbrink "ABŞ-Vyetnam Hərtərəfli Strateji Tərəfdaşlığını həyata keçirmək üçün ABŞ-ın güclü öhdəliyini vurğulamaq üçün" yüksək səviyyəli rəsmilərlə görüşlər üçün paytaxt Hanoyda olacaq.

“Dövlət katibinin köməkçisi həmçinin Birləşmiş Ştatların güclü, müstəqil, möhkəm və firavan Vyetnama dəstəyini bir daha təsdiqləyəcək”, - press-relizdə deyilir.