Putinin Karlsonla müsahibəsini 60 milyondan çox insan izləyib

Putinin X sosial şəbəkəsində Karlsonla müsahibəsini 7 saat ərzində 60 milyon insan izləyib.

Bizimxeber.az bildirir ki, Rusiya prezidenti ilə müsahibənin səs yazısının repostlarının sayı 176 mini keçib, 541 mindən çox istifadəçi ona “bəyəndim” işarəsi qoyub.

YouTube videohostinqində Putinin Karlsonla söhbətinə baxış sayı 2,4 milyonu ötüb və trendlər bölməsində üçüncü yeri tutub.

“Regnum” xəbər verir ki , amerikalı jurnalist fevralın 8-də saat 18:00-da (Moskva vaxtı ilə fevralın 9-u 02:00) Putinlə müsahibəni dərc edib. O, Rusiya prezidenti ilə söhbətinin videosunu X sosial şəbəkəsində və YouTube kanalında da yerləşdirib.

Putinin müsahibəsinin videosu X sosial şəbəkəsində dörd saatdan az müddətdə 50 milyondan çox baxış toplayıb və ilk milyon baxışını göründüyü vaxtdan cəmi səkkiz dəqiqə ərzində əldə edib.

 Putin Karlsonla müsahibəsini dərc edəndən sonra X sosial şəbəkəsinin cari tendensiyalarına daxil olub. Rusiya prezidentinin adı ilə bağlı yazıların sayı 1,37 milyonu keçib, amerikalı jurnalistin adı ilə 600 mindən çox yazı dərc edilib.