Putinin hərbi cinayətləri Haaqa Tribunalında - Araşdırma başladı

Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində hərbi cinayətlər və insanlığa qarşı cinayətlərlə bağlı araşdırmalara başlayıb.

Bizimxeber.az bildirir ki, bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanın bəyanatında deyilir.

O, Ukraynadakı vəziyyətlə bağlı 39 ölkədən kommunikasiyalar aldığını və bu, 21 noyabr 2013-cü il tarixindən Ukraynadakı vəziyyətlə bağlı təhqiqata başlanılmasına imkan verdiyini və beləliklə, hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlərlə bağlı keçmiş və ya cari iddiaların əhatə dairəsini əhatə etdiyini bildirib. 

"Mən ICC rəhbərliyini vəziyyətlə bağlı dərhal aktiv araşdırmaya başlamaq qərarı barədə məlumat verdim. Sübutların toplanmasına başlamışıq" , - Xan deyib.

O xatırladıb ki, fevralın 28-də verdiyi bəyanatda deyildiyi kimi, Ukraynadakı vəziyyətin ilkin təhlili göstərib ki, BCM-nin yurisdiksiyasında olan cinayətlər Ukraynada törədilə bilərdi. Xan obyektiv və müstəqil araşdırma aparacağına söz verib.