Putinin həbsi üçün 1 milyon dollar vəd etdi

"Rusiya prezidenti Vladimir Putinin həbsi üçün 1.000.000 ABŞ dolları məbləğində mükafat vəd edirəm".

Bizimxeber.az bildirir ki, bunu özünün "Facebook" səhifəsində rusiyalı sahibkar, hazırda ABŞ-da yaşayan Aleks Konanixin yazıb.

O bildirib ki, təkif əsasən zabitlərə aiddir.

Konanixin LinkedIn-də yazıb:

“Mən öz konstitusion vəzifəsini yerinə yetirərək, Rusiya və beynəlxalq qanunlara əsasən Putini hərbi cinayətkar kimi həbs edən zabit(lər)ə 1.000.000 dollar ödəyəcəyimə söz verirəm.

Putin Rusiya prezidenti deyil, çünki o, Rusiyada çoxmənzilli binaların partladılması üzrə xüsusi əməliyyat nəticəsində hakimiyyətə gəlib, daha sonra azad seçkiləri ləğv etməklə və rəqiblərini öldürməklə Konstitusiyanı pozub.

Bir etnik rus və Rusiya vətəndaşı kimi mən Rusiyanın denazifikasiyasına kömək etməyi öz mənəvi borcum kimi görürəm. Mən Ukraynaya Putinin işğalçı ordusunun hücumuna tab gətirmək üçün Ukraynaya köməyimi davam etdirəcəyəm", - iş adamı əlavə edib.

Yazıda Putinin fotosu və "Axtarılır: Ölü və ya diri", "Kütləvi qətlə görə Vladimir Putin" sözləri yazılmış şəkil əlavə edilib.

Məlumatı jpost.com saytı da yayıb.