“Putinin dostu” Vaqenknext Putinilə danışıqlara çağırdı

Almaniyanın ifrat sağçı BSW partiyasının lideri Sara Vaqenknext, Kremlin rəhbəri Vladimir Putinlə danışıqların vacib olduğunu vurğulayıb və amerikalı siyasətçiləri “müharibə cinayətkarları” adlandırıb.

Bizimxeber.az  Zeit qəzetinə istinadən verdiyi məlumata görə, Vaqenknext bunu Berlində keçirilən “Bir daha müharibə olmasın” mitinqində səsləndirib.

““Putinin dostu” adlandırılan Vaqenknext, Qərb siyasətçilərinin Putin barədəki “ikili standartlarını” tənqid edib:“Əgər Putin cinayətkardırsa, bəs son illərdə bir çox müharibələrə görə məsuliyyət daşıyan bütün Amerika siyasətçiləri necə? Hər zaman yüksək əxlaqdan danışarkən, Putinlə danışmamalı olduğumuzu demək məni qıcıqlandırır”.

O, Almaniya hökumətini Vaşinqtonda kiminsə dediklərinə kor-koranə əməl etməkdə günahlandırıb. Vaqenknext, ABŞ-ın Almaniyada orta mənzilli raketləri yerləşdirməsi planına qarşı çıxaraq, bunun “dəlilik” olduğunu bildirib.

Mitinqdə “Qumbara əvəzinə diplomatlar” və “Müharibəni indi dayandırın – Ukraynaya silah çatdırılmasın” şüarları altında 10 minə yaxın insan iştirak edib.

Vaqenknext, rusiyayönlü fikirlərinə görə uzun müddətdir “Putinin dostu” adlandırılır. O, özünün "sülh planını" təqdim edərək, Rusiya Federasiyasının rəhbəri ilə atəşkəs razılaşmasının müzakirə edilməsi çağırışında bulunub.