Putinin Çin səfərindən sonra - "ABŞ Ukrayna böhranına görə məsuliyyət daşıyır"

"ABŞ Ukrayna böhranının yaranması və kəskinləşməsi üçün məsuliyyət daşıyır". 

Bizimxeber.az bildirir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin bildirib.

“ABŞ-ın məntiqinə görə, əgər bir şey qara deyilsə, o, şübhəsiz ki, ağdır. Bu, sülh axtarmaq əvəzinə düşmən axtarmaq münasibətidir və soyuq müharibə zehniyyətinin davamıdır”.

Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi ABŞ-ın Ukrayna, Rusiya və Çinə qarşı açıq ikiüzlü siyasət nümayiş etdirdiyinə diqqət çəkib .