Putinin Baydenə verdiyi hədiyyənin qiyməti açıqlandı

ABŞ prezidenti Co Bayden 2021-ci ildə Rusiya lideri Vladimir Putindən ən bahalı hədiyyə alıb. 

Bizimxeber.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin Protokol İdarəsinin illik hesabatında deyilir. 

İyun ayında Cenevrədə keçirilən sammitdən sonra prezidentlər bir-birlərinə hədiyyələr veriblər. Bayden Putinə aviator eynəkləri və büllur bizon heykəlciyi hədiyyə edib. Buna cavab olaraq Rusiya prezidenti də ona “Moskva” yazı dəstini hədiyyə edib.

Dövlət Departamentinin hesabatında bu dəst “lak miniatür yazı dəsti və qələm” kimi təsvir edilir.