Putini bu dəfə Paşinyan gözlətdi - Video

Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilir. 

Ermənistan mediasının məlumatına görə, Paşinyan sözügedən görüşə gecikərək Putini bir müddət gözlədib.

Bununla bağlı görüntülər isə erməni teleqram kanallarında paylaşılıb. Görüntülərdən Putinin yaranmış vəziyyətdən narazı olduğunu görmək mümkündür. 

Xatırladaq ki, müxtəlif vaxtlarda keçirilən görüşlərdə Putini türkiyəli və qırğız həmkarları Rəcəb Tayyib Ərdoğan və Sadır Japarov da gözlədib.