Putin və Zelenskinin Türkiyəyə səfəri planlaşdırılır

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən sonra xüsusi səfərlə Türkiyəyə gedəcək.

Bizimxeber.az bildirir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Putindən sonra Ukrayna prezidenti Vladimir Zelenskinin də Türkiyəyə gələcəyi gözlənilir.

Bu səfərlərin nə vaxt baş tutacağını açıqlamayıb.

Kreml Putinin Türkiyəyə səfərinin mümkün vaxtını açıqlamayıb və mayın 29-da Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ərdoğanla görüşlə bağlı suala cavab olaraq bildirib ki, görüş mütləq reallaşacaq.