"Putin və Orban arasında danışıqlar başa çatıb" - Peskov

"Rusiya prezidenti Vladimir Putin və Macarıstanın baş naziri Viktor Orban arasında danışıqlar başa çatıb".

Bizimxeber.az bildirir ki, bu barədə mətbuat katibi Dmitri Peskov deyib.

Peskov bildirib ki, söhbət 2,5 saatdan çox davam edib. Putin və Orbanın mətbuata açıqlama verəcəyi gözlənilir.

Rusiyaya səfər Orbanın təşəbbüsü ilə baş tutub və dünən təklif edilib.