Putin və Kim Çendən limuzin jesti - VİDEO

Rusiya və Şimali Koreya liderləri Vladimir Putin və Kim Çen In Pxenyan hava limanında limuzinə kimin ilk minəcəyinə qərar verərək cəsarətlə yarışıblar.

Kadrlarda onların prezidentin limuzininə necə yaxınlaşdıqları və bir-birlərinə maşına minmək üçün jest etdikləri görünür.

Liderlər bu jestləri bir neçə dəfə təkrarlayıblar. Nəticədə Putin sağda, Kim Çen In isə limuzinin arxa tərəfində dolanaraq sol arxa oturacaqda əyləşib.

Qeyd edək ki, iyunun 18-də Putin dövlət səfəri ilə KXDR-ə gedib.