Rusiya prezidenti Vladimir Putin ümid edir ki, Rusiya 2025-ci il yanvarın 20-də Donald Trampın andiçmə mərasiminə qədər Ukrayna hərbçiləri tərəfindən işğal olunmuş Kursk vilayətinin ərazilərini geri alacaq.
Bizimxeber.az bildirir ki, bu barədə Britaniyanın “Teleqraf” nəşri məlumat yayıb.
Britaniya hərbi kəşfiyyatının qiymətləndirməsinə görə, yaxın günlərdə Rusiyanın Ukrayna ordusunun mövqelərinə hava hücumlarını gücləndirəcəyi ehtimalı var.
Həmçinin 12 min Şimali Koreya hərbçisinin Kursk bölgəsində döyüş əməliyyatlarında ruslara qoşulacağı gözlənilir. Ümumilikdə, "New York Times"a görə, Koreya bölməsi də daxil olmaqla Rusiya komandanlığı Kursk bölgəsinə əks-hücum etmək üçün Kursk ətrafında 50 minlik bir qrup toplayıb.
Ukraynalı analitiklərin fikrincə, Kreml Ukraynanın Sumı vilayətinin şimal-şərqində irəliləyişini davam etdirmək üçün Kursk bölgəsindəki hücumdan da istifadə etməyi planlaşdıra bilər.