"Putin tez bir zamanda Karlsona müsahibə verməyə razılaşdı" - Peskov

Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsonla müsahibəyə tez razılıq verib.

Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

“Biz onun materiallarına fəal şəkildə baxdıq, auditoriyasına baxdıq və müəyyən hadisələri işıqlandırmaqda nə qədər balanslı olduğuna baxdıq. Belə bir nəticəyə gəldik ki, həqiqətən belə bir müsahibəni prezidentə tövsiyə edək. O, kifayət qədər tez razılaşdı”, - deyə Peskov bildirib.