Putin Rəhmona III dərəcəli “Vətənə xidmətə görə” ordeni verdi

Moskvada Rusiya prezidenti Vladimir Putin Tacikistanın rəhbəri Emoməli Rəhmona III dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib.

Bizimxeber.az bildirir ki, mükafatlandırma mərasimi iki prezident arasında aparılan danışıqlardan sonra Kremldə baş tutub. Vladimir Putin Rəhmonun ordenlə təltif edilməsi haqqında fərmanı 2022-ci ilin oktyabrında imzalayıb.

Rəhmon bu mükafata Rusiya və Tacikistan arasında strateji tərəfdaşlıq və müttəfiqliyin möhkəmlənməsinə, eləcə də regional sabitliyin və təhlükəsizliyin təmin edilməsinə verdiyi böyük şəxsi töhfəyə görə layiq görülüb.