Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd olacağı ilə bağlı Mərkəzi Seçki Komissiyasına məlumat göndərib.
Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədr müavini Nikolay Bulayev jurnalistlərə açıqlamasında bildirib: “Putinin qanuna uyğun olaraq prezident seçkilərində namizəd olacağına dair bildiriş aldıq”.
Qeyd edək ki, ölkənin Federasiya Şurası dekabrın 7-də toplanaraq prezident seçkilərinin tarixini müəyyənləşdirib və seçkinin 2024-cü il martın 17-də keçirilməsinə qərar verib.
Rusiya Prezidenti Putin dekabrın 8-də 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb.