Putin orduda araşdırma göstərişi verdi - Büdcə vəsaitləri hara yoxa çıxıb?

Rusiya hökuməti hərbi əməliyyatlara ayrılan büdcə vəsaitlərinin istifadəsinə dair yoxlamalar planlaşdırıb.

Bizimxeber.az bildirir ki, bu barədə ölkənin baş naziri Mixail Mişustin bildirib.

Mişustin əməliyyat üçün ayrılan büdcə pullarının istifadəsinə nəzarəti əhəmiyyətli məsələ adlandırıb: "Hökumət silahların, hərbi xüsusi texnikanın təmiri və istehsalı, yanacaq-sürtkü materiallarının alınması üçün nəzərdə tutulmuş ehtiyatların yoxlanılmasını planlaşdırıb.

Gələcəkdə biz xüsusi hərbi əməliyyat zamanı digər maliyyələşmə sahələrini də yoxlayacağıq, - deyə baş nazir Silahlı Qüvvələrin ehtiyaclarını ödəmək üçün əlaqələndirmə şurasının iclasında bildirib.

Dekabrın 21-də prezident Vladimir Putin Müdafiə Nazirliyinin kollegiyasında çıxış edərək bildirib ki, Rusiya ordunun maliyyələşdirilməsinə heç bir məhdudiyyət qoymur. 

“Ölkə, hökumət ordunun istədiyi hər şeyi verir”, - Putin deyib. 

O, həmçinin qeyd edib ki, qoşunları gecəgörmə cihazları, yüksək keyfiyyətli nişangahlar və yeni nəsil snayper tüfəngləri ilə təmin etmək zamanıdır.

Qeyd edək ki, Rusiyada bəzi siyasilər orduya ayrılan vəsaitlərin düzgün xərclənmədiyi iddiasını irəli sürür. Rusiyanın Ukraynadakı məlum vəziyyəti ordunun müharibə üçün tam hazır olmadığını zaman-zaman gündəmə gətitib.