Putin noyabrda ABŞ-a gedəcəkmi? - Geniş müzakirələr başlayıb

ABŞ hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin noyabrda San-Fransisko şəhərində keçiriləcək APEC sammitində iştirak etməyəcək.

Bizimxeber.az bildirir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

"Biz mümkün olmayan ssenariləri müzakirə edirik. Düşünmürəm ki, Vladimir Putin burada olacaq. Biz sammitə ev sahibliyi edən ölkə kimi öhdəliklərimizi yerinə yetirəcəyik, lakin sanksiyalarla bağlı qərarlarımızı da nəzərə alacağıq”, - o vurğulayıb.

Qeyd edək ki, Pekin ABŞ-ın Rusiyanı APEC sammitinə dəvət etməmək qərarını tənqid edib. Çinin Rusiyadakı səfiri Zhang Hanhui deyib ki, ABŞ beynəlxalq təcrübəni pozurlar: "Bu tədbirlərə ev sahibliyi edən ölkə kimi, bütün APEC üzvlərinə dəvət göndərmək ümumi beynəlxalq təcrübədir".