"Putin müharibənin gündəlik idarə olunmasında yaxından iştirak edir" - ABŞ kəşfiyyatçıları

Ukraynadakı müharibə ilə bağlı Rusiya ictimai rəyində hər hansı dəyişiklik Vladimir Putini işğalı dayandırmağa məcbur etməyəcək.

Bizimxeber.az bildirir ki, bu barədə Amerika kəşfiyyatındakı mənbələrə istinadən CNN yazıb. 

Həmçinin, amerikalı kəşfiyyatçılar Ukraynaya qarşı müharibənin uğursuzluğunun Putinin hakimiyyətdən uzaqlaşdırılmasına gətirib çıxaracağına inanmırlar, deyə telekanal bildirib.

Mənbələrin məlumatına görə, Putin Ukraynaya qarşı müharibənin gündəlik idarə olunmasında yaxından iştirak edir. Qərb ordularının əksəriyyətində aşağı rütbəli zabitlərin üzərinə düşən qərarların qəbulu ilə birbaşa Kreml rəhbəri məşğul olur.

"Aydındır ki, o, öz qərarlarını verir. O, hökumətdə və ya administrasiyasındakı ekspertlərə çox da güvənmir" dedi.

"Beləliklə, ictimai rəyin ona bu qədər təsir etdiyini təsəvvür etmək bir az çətindir" dedi rəsmilər.