"Putin İrana getməyəcək" - Peskov

"Rusiya Prezidenti Vladimir Putinin İran prezidenti İbrahim Rəisinin dəfn mərasimində iştirakı planlaşdırılmır".

Bizimxeber.az bildirir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov rusiya mətbuatına açıqlamasında deyib.

"Mən bildiyimə görə, dəfn mərasimində beynəlxalq iştirak planlaşdırılmayıb, Putinin səfəri də planlaşdırılmır".- Kreml sözçüsü jurnalistlərə bildirib.

İranın Moskvadakı səfirliyi Rəisinin təyyarə qəzasında həlak olması ilə əlaqədar bayrağını endirib.