Putin Ərdoğanın andiçmə mərasiminə Volodini göndərir

Yenidən Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində Rusiyanı təmsil edəcək şəxsin adı məlum olub.

Bizimxeber.az TASS-a istinadən bildirir ki, Vladimir Putini andiçmə mərasimində Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin əvəz edəcək.

Qeyd edək ki, prezident Ərdoğanın andiçmə mərasiminin dəqiq tarixi Türkiyə Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunun yekun nəticələrini açıqladıqdan sonra məlum olacaq. Məlumata görə, inauqurasiya iyunun 3-də baş tuta bilər.