Rusiyanın baş naziri Mixail Mişustin noyabrın 13-də Bakıya səfər edəcək və burada BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP29) 29-cu sessiyasında çıxış edəcək.
Bizimxeber.az bildirir ki, bu barədə Rusiya hökuməti məlumat yayıb.
Bundan əlavə, Rusiyanın baş naziri Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək və həmkarı, ölkənin baş naziri Əli Əsədovla danışıqlar aparacaq.
Qeyd edək ki, Rusiya xarici işlər nazirinin xüsusi tapşırıqlar üzrə səfiri və xüsusi nümayəndəsi Sergey Kononuçenko bildirmişdi ki, Rusiya nümayəndə heyəti BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasında əsaslandırılmış qərarlar axtarmaq niyyətindədir.