Putin Belarusdadır, Yanukoviç də getdi

Ukraynanın Rusiyaya qaçan keçmiş prezidenti Viktor Yanukoviçin təyyarəsi Belarusa uçub.

Bu barədə “Belarus Qayun” monitorinq layihəsi məlumat yayıb. Məlumata görə, bu gün günorta saatlarında Belarusun Qomel aeroportuna RA-09617 bort nömrəli “Dassault Falcon 900C” təyyarəsi enib.

Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin də Belarusa səfər edib.