Rusiyanın sülh prosesində iştirakı dava vacib prossesdir - Amgerd

lk Sülh Sammiti Rusiyanın Ukraynaya qarşı müharibəsində nüvə təhlükəsizliyi, qida təhlükəsizliyi və insan ölçüsü məsələlərində birgə iş üzrə ümumi baxışa nail olmağa imkan verib".

Bizmxeber.az bildrir ki, bu barədə İsveçrə Federal Şurasının rəhbəri Viola Amgerd bildirib. 

O, ilk dəfə olaraq yüksək səviyyədə silah və müharibə haqqında deyil, Ukraynada sülhdən danışdıqlarını qeyd edib. Onun fikrincə, müxtəlif baxışların olmasına baxmayaraq, bu sülh prosesinə təkandır.

"Bir əsas sual qalır: Rusiya bu prosesə necə və nə vaxt daxil ola bilər? Biz bunu sizin bir çox bəyanatlarınızda eşitmişik. Hər iki tərəf qəti qərarda iştirak etməlidir", - Amgerd bildirib. Onun sözlərinə görə, bu qədər dövlət və təşkilatın yüksək səviyyədə cəlb olunması Ukraynada sülhə gedən yol haqqında geniş dialoqun başlanmasına və ümumi ideyaların hazırlanmasına imkan verib.

“Biz burada, Bürgenstokda ümumi baxışa nail ola bildik... Biz Ukrayna xalqına və müharibənin nəticələrindən bilavasitə təsirlənmiş bütün insanlara açıq siqnal göndəririk ki, beynəlxalq ictimaiyyətin əhəmiyyətli bir hissəsi dəyişikliyə nail olmaq istəyi”, - Amgerd əlavə edib.