Putin artıq müharibə artıq uduzub - admiral Radakin

Rusiya strateji olaraq müharibəni uduzub.

Bizimxeber.az bildirir ki, bunu Böyük Britaniyanın Baş Qərargah rəisi, admiral Toni Radakkin deyib.

Onun sözlərinə görə, Rusiya böyük itkilər verib.

“Bu, Rusiyanın qorxunc səhvidir. Rusiya heç vaxt Ukraynanı nəzarət altına ala bilməyəcək”, - Radakin bildirib. Radakin qeyd edib ki, Putin yaxın həftələrdə özünün taktiki uğurlarına çata bilər, lakin bunun o artıq hərbi qüdrətinin 25 faizindən istifadə edib. “Rusiya ölü və yaralılar daxil olmaqla 50 min itki ilə yalnız Ukraynanın kiçik hissəsini zəbt edə bilib”.