Putin Abxazları Rusiya vətəndaşı edir

Rusiya prezidenti Vladimir Putin Rusiya və Abxaziya arasında  ikili vətəndaşlıq haqqında sazişin ratifikasiyası haqqında qanun layihəsini Dövlət Dumasına təqdim edib. Bizimxeber.az bildirir ki, bu barədə "TASS" məlumat yayıb.

“Rusiya Federasiyası ilə Abxaziya Respublikası arasında ikili vətəndaşlıq məsələlərinin həlli haqqında 2022-ci il sentyabrın 27-də Moskvada imzalanmış Saziş ratifikasiya edilsin”, - sənəddə deyilir.