Putin ABŞ PUA-sını məhv edən pilotları mükafatlandırdı

Putin ABŞ PUA-sını zərərsizləşdirən Su-27 qırıcı pilotlarına dövlət mükafatı ilə təltif edib. 

Bizimxeber.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə naziri Sergey Şoyqu bildirib ki, Qara dəniz üzərində Amerikanın pilotsuz təyyarəsini ələ keçirən Su-27 qırıcı pilotlarına dövlət mükafatları təqdim olunub.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi qeyd edib ki, qırıcı pilotlar “xüsusi hərbi əməliyyat keçirmək üçün yaradılmış hava məkanından müvəqqəti rejim sərhədlərinin” pozulmasının qarşısını alıb.