Bu günlərdə Bakı şəhər sakini Mehdiyev Kamal Osman oğlu Bakı Şəhər Gənclər və İdman İdarəsinin balansında olan Qaradağ rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi vəzifəsində çalışan Qasımov İlqar tərəfindən aldadıldığı barədə məlumat vermişdi.
K. Mehdiyev müraciətində qeyd edirdi ki, İlqar Qasımov ona olan etibardan sui-istifadə edərək, müxtəlif dövlət tədbirlərinin təşkili, mükafatlar verilməsi və digər fəaliyyətlər adı altında ondan 71 min manata yaxın məbləğdə pul alıb: "O, hər dəfə bu pulların tədbirlər üçün lazım olduğunu və geri qaytarılacağını deyirdi.
Mən də onun dövlət işində işləməsinə və dövlət tədbirlərinin maliyyə ehtiyaclarının olduğuna inandığımdan dəfələrlə pul verirdim. Lakin zaman keçdikcə yalnız kiçik məbləğlər geri qaytarılsa da, yerdə qalan 71 min manata yaxın məbləği qaytarmadı. Hər dəfə bir bəhanə gətirərək yayındı. Nəticədə, onun əməllərinin araşdırılması üçün Daxili İşlər Nazirliyinin Qaradağ Rayon Polis İdarəsinə rəsmi şikayət etdim. Araşdırma aparılır".
Vətəndaş qeyd edir ki, Qaradağ Rayon Gənclər və İdman İdarənin rəisi Elçin Abbasovla da görüşüb və onu baş məsləhətçisinin əməlləri barədə məlumatlandırıb. Elçin Qasımov isə hadisə barədə məlumatsız olduöğunu, araşdırdacağnı bildirib: "Elçin Abbasov da dedi araşdıracam sizə məlumat verəcəm. Aylardır ondan da xəbər yoxdur."
K.Mehdiyev həmçinin bildirib ki, bu günlərdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə, Daxili işlər naziri Vilayyət Eyvazova, Gənclər və İdman naziri Fərid Qayıbova da rəsmi müraciət edib: "Bütün rəsmi müraciətləri etmişəm. 10 gündən çoxdur ki, Gənclər və İdman naziri Fərid Qayıbova rəsmi müraciət etmişəm, amma hələ də heç bir cavab yoxdur. İki dəfə müraciətin nəticələri ilə bağlı cavab istəsəm də, qurumdan heç bir rəsmi cavab ala bilmədim.
Hesab edirəm ki, Gənclər və İdman naziri Fərid Qayıbov bu kimi faktları araşdırmaqda maraqlı deyil. Səbəbini bilmirəm, amma görünür ki, maraqlı deyil. 10 gündür müraciətimə heç bir cavabın verilməmədi bunun bariz nümunəsidir. Belə bir şəxsin dövlət orqanında işləməsi, mənəvi dəyərlərə zidd əməllərlə məşğul olması gənclər üçün yaxşı örnək deyil və bu şəxs həm mənim, həm də bəlkə də digər vətəndaşların hüquqlarına ciddi şəkildə zərər vurub. Amma nazirlik niyə belə bir faktın araşdırılmasında maraqlı deyil bunun səbəbini bilmirəm".
Kamal Mehdiyev bildirib ki, yaxın günlərdə sözügedən məsələ ilə bağlı məhkəməyə müraciət edəcək: "Məhkəmə üçün sənədlər hazırlanır, əlimdə olan bütün faktlar, səs yazıəları, yazışmalar məhkəməyə təqdim olunacaq".
***
Məlumat üçün bilrirək ki, baş verənlərlə bağlı qarşı tərəfin mövqeyi də alınıb. İddialara münasibət bildirən Qaradağ Rayon Gənclər və İdman İdarəsinn baş məsləhətçisi İlqar Qasımov faktı təsdiqləyib. O, belə bir halın olduğunu və polisdə ifadə verdiyini deyib: "Bu mülki məsələdir. Bəli, belə bir borc məsələsi olub, polisə çağırılmışam və ifadəmi vermişəm. Bu mənimlə qarşı tərəfin məsələsidir".