Prezident 11 məhkumu əfv edib

Gürcüstan prezidenti Salome Zurabişvili 11 məhkumu əfv edib.

Bizimxeber.az bildirir ki, bu barədə məlumatı prezidentin administrasiyası yayıb.

11 məhkumdan 8-i şərti cəzadan azad edilib, 3 nəfərin cəzası isə azaldılıb. 

Gürcüstanda yalnız Gürcüstan prezidentinin əfv etmək hüququ var. İstənilən cinayətdə təqsirli bilinən şəxsi həbsdən azad edə bilər.