"Poseidon" nüvə torpedalarının istehsalı başladı

Rusiyanın “Hərbi” portalı Rusiya Federasiyası ilk "Poseidon" nüvə torpedalarının istehsalı haqqında məlumat yayıb.

Mənbənin sözlərinə görə, əsas qovşaqların, o cümlədən AES-in ayrı-ayrı sınaqları uğurla başa çatıb. 

Hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur. 

Daha əvvəl bildirilirdi ki, ilk nüvə sualtı dron daşıyıcısı "Poseydon" - 09852 "Belqorod" layihəsinin sualtı qayığı 23 aprel 2019-cu ildə suya buraxılıb.

Keçən il noyabrın əvvəlində ABŞ-dan olan jurnalistlər kompleksin mümkün sınaqları haqqında yazmışdılar. Amerika mətbuatının yazdığına görə, nüvə sınağının hazırlanmasında iştirak edən gəmilər arasında Belqorod sualtı qayığı da olub.

Lakin ABŞ daha sonra Rusiya gəmilərinin Şimal Buzlu Okeanındakı poliqondan çıxmasını və sınaq keçirmədən limana qayıtmasını qeydə alıb. Amerika kəşfiyyatının fikrincə, bu, rusların növbəti dəfə ciddi texniki çətinliklərlə üzləşdiyini göstərə bilər.